DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.

Dç-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Portuqaliya milli komandasının oyundan öncəki açıq məşqi sabah Avropa vaxtı ilə saat 11:00-da başlayacaq. Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Saat 12:45-də isə baş məşqçi Fernando Santosun mətbuat konfransına start veriləcək.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə yerli vaxtla saat 18:00-da jurnalistlər önünə çıxacaq. Mətbuat konfransından yarım saat sonra – 18:30-da isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi başlayacaq.
 
Qeyd edək ki, Portuqaliya - Azərbaycan matçı martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
 
Hər iki komandanın məşqi və mətbuat konfransları da "Yuventus" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest