Futbol üzrə İspaniya 2-ci liqasında 30-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Kartaxena" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Albasete" 30 oyuna topladığı 29 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest