Serbiya Futbol İttifaqının prezidenti Slavişa Kokeza istefa verib.
 
Matc.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
Kokeza özünə qarşı yönələn böhtan və hücumlarla əlaqədar istefa verib. Kokezanın mütəşəkkil cinayət dəstənin üzvü Vleyko Belivukla əlaqəsinin olduğu iddia olunur.
 
Kokeza 2016-cı ildən Serbiya Futbol İttifaqının prezidenti idi. Serbiya Futbol İttifaqında yeni prezident seçilənə qədər bu vəzifəni müvəqqəti olaraq vitse-prezident Marko Panteliç yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest