Albaniya millisinin və "Qarabağ"ın keçmiş futbolçusu Ansi Aqolli Azərbaycan yığmasından aldığı təklifi qəbul etməməsindən danışıb. Matc.az xəbər verir ki, o, millidə Canni De Byazinin köməkçisi olmamasının səbənini belə izah edib:

"Azərbaycana getsəydim, akademiya ilə bağlı planları yarımçıq qoymalı idim. Bəlkə gələcəkdə də ABŞ-dan kənarda işləmək üçün başqa variantlarım olacaq. Amma hesab edirəm ki, onda da ən düzgün qərar burada, ailəmin yanında qalmaq və öz layihəmi davam etdirmək olacaq.

Düşünürəm ki, bu ölkənin futbolu həm də keyfiyyətli yerli oyunçuların performansı baxımından əziyyət çəkir. Albaniya ilə eyni fürsətə sahib deyillər: yerli futbolçular, hətta Avropaya köçən alban ailələri yığmamız üçün əlavə fürsətdir. çünki həmin uşaqlar Avropada böyüyür və futbol üçün yaxşı materiala çevrilirlər.

Azərbaycanın Türkiyədə və ya Rusiyada az sayda oyunçuları var. Ona görə Canni De Byazi üçün oradakı vəziyyət Albaniyadakından fərqlidir. İtaliyalı mütəxəssis Azərbaycana çətin dönəmdə yeni komanda qurmaq üçün getdi. Vaxtı çox az idi. Bu səbəbdən də Millətlər Liqası nəticə baxımından önəm daşımırdı. Bu, daha çox sınaq idi".

Aqolli 2012 - 2017-ci illərdə "Qarabağ"da çıxış edib. O, hazırda ABŞ-da yaratdığı akademiyaya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest