Ukraynanın "Aleksandriya" klubunun baş məşqçisi Vladimir Şaran Azərbaycan millisinin futbolçusu Pavel Paşayev haqda danışıb. Matç.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında bildirib ki, müdafiəçidə yorğunluq var:

"Paşayev mövsümlərarası fasilədə istirahət etmədiyi üçün futboldan "doyub". O, formasını geyindiyi Azərbaycan millisində də xeyli güc sərf edib. Belə bir şeyin baş verə biləcəyini düşündüyümüz üçün Stanislav Mikitseyi hazırlayırdıq. Dopinqə görə diskvalifikasiya edilən futbolçunun cəza müddəti artıq bitib" - deyə, Şaran bildirib.

Xatırladaq ki, Paşayev 2017-ci ilin yayından "Aleksandriya"da çıxış edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest