Rusiyanın çSKA (Moskva) klubunda baş məşqçi təyinatı gerçəkləşib.
 
Matc.az xəbər verir ki, Moskva təmsilçisini bundan sonra İvitsa Oliçə çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı xorvat mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
 
Oliç, məşqçi karyerası ərzində ilk dəfə bir komandaya baş məşqçi təyin olunub. O, bundan əvvəl Xorvatiya yığmasında baş məşqçi Zlatko Daliçin köməkçisi kimi çalışıb.
 
Xorvatiya millisinin sabiq üzvü futbolçu kimi 2003-2006-cı illər aralığında çSKA-da çıxış edib. Sabiq hücumçu Almaniyada "Hamburq", "Bavariya", "Herta" kimi klublarda da forma geyinib.
 
Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçidir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest