MOİK-lə yoxlama oyunundan sonra 1 gün istirahət edən "Sumqayıt" hazırlığı bərpa edib.
 
Matc.az xəbər verir ki, komanda bu gün baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Sumqayıt Arena"da məşqə çıxıb. 
 
Təxminən 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.
 
Qeyd edək ki, "Sumqayıt" fasilə çərçivəsində növbəti yoxlama oyununu martın 28-də "Sabah"a qarşı keçiriləcək. "Bank Respublika Arena"da keçiriləcək matça saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest