Futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turdan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, əlverişsiz hava şəraitindən yarıda qalmış və 52-ci dəqiqədən oynanılan "Turan Tovuz" – "Sumqayıt-2" matçında qolsuz bərabərlik qeydə alınıb.
 
Günün digər matçı isə Gəncədə keçirilib. "Kəpəz" doğma meydanda "Qaradağ Lökbatan" üzərində inamlı qələbə qazanıb.
 
I Divizion
XIII turun oyunları
23 mart
 
Kəpəz – Qaradağ Lökbatan 3:1
Qol: Əli Səmədov, 14; 88. Emil Qasımov, 90+9 – Elnur Səmədov, 74.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamal Umudlu.
Gəncə şəhər stadionu, 15:00.
 
Turan Tovuz – Sumqayıt-2 0:0
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli.
Tovuz şəhər stadionu, 15:30 (52-ci dəqiqədən etibarən).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest