İtaliyanın "Fiorentina" klubu baş məşqçisi çezare Prandelli ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Prandellinin postundan istefa verdiyi diqqətə çatdırılıb. Klub rəhbərliyi təcrübəli mütəxəssisin istefasını qəbul edib.
 
ötən ilin noyabrından bu komandanı çalışdıran 63 yaşlı məşqçinin istefasının "Fiorentina"nın çıxışı ilə bağlı olmadığı vurğulanıb. Klub Prandellinin istefasını üzülərək qəbul etdiklərini açıqlayıb.
 
Florensiya təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. Komandanı mövsümün sonuna qədər Cüzeppe Yakini çalışdıracaq.
 
Qeyd edək ki, "Fiorentina" bu mövsüm A Seriyasında 28 oyuna topladığı 29 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest