Beynəlxalq Şahmat Federasiyası (FIDE) yanvar üçün reytinq siyahısını açıqlayıb. Matç.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) mövqeyini qoruyub. Siyahıya dünya çempionu Maqnus Karlsen (Norveç, 2835) başçılıq edir, onu Fabiano Karuana (ABŞ, 2828) izləyir. Şəhriyar birinci pillədən 18, ikinci pillədən 11 xal geri qalır.

Digər şahmatçılarımıza gəlincə, Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci, Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 49-cu (2422), Xanım Balacayeva 65-ci (2397), Gülnar Məmmədova isə 99-cu (2368) pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest