Mövsümün sonunda "Bavariya"dan ayrılacağını açıqlayan David Alaba iki klubdan təklif alıb.
 
Matc.az xəbər verir ki, avstriyalı müdafiəçi İngiltərənin "çelsi" və Fransanın PSJ klubundan təklif alıb. Bu barədə alman jurnalist Maks Bilefed "tvitter" hesabında məlumat yayıb. O, Alabanın hər iki təklifi rədd etdiyini bildirib.
 
Alaba karyerasını İspaniyada davam etdirmək niyyətindədir. 28 yaşlı müdafiəçi ya "Real"da, ya da "Barselona"da çıxış etmək istəyir.
 
Alaba 2010-cu ildən "Bavariya"nın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest