Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haland açıqlama verib.
 
Matc.az xəbər verir ki, norveçli hücumçu, Kriştiano Ronaldo ("Yuventus") və Lionel Messi ("Barselona") ilə müqayisə olunmasına münasibət bildirib:
 
"Jurnalistlər bu barədə yazırlar, lakin mən diqqətimi buna vermirəm. Hər gün üzərimdə çalışıb, artırmaq istəyirəm. Ronaldo və Messi haqda danışmağa ehtiyac yoxdur. Onlar tarixin ən yaxşı futbolçularıdır. Ronaldo və Messiyə çatmağıma hələ çox var".
 
Qeyde dək ki, Haland bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığğı 31 oyunda 33 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest