İspaniyanın "Atletiko" klubunun hücumçusu Mussa Dembele komandasının məşqi zamanı səhhəti ilə bağlı problemlə üzləşib.
 
Matc.az xəbər verir ki, fransız futbolçunun ürəyi gedib.
 
Komanda yoldaşları dərhal onun yanına qaçıblar. Həkimlərin ilkin müdaxiləsindən sonra 24 yaşlı oyunçunun məşqi davam etdirməsi mümkün olmayıb və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
 
"Atletiko" hücumçunun durumu ilə bağlı rəsmi açıqlama da yayıb. Madrid təmsilçisindən verilən məlumata görə, Dembelenin səhhəti qaydasındadır və tezliklə yenidən komanda ilə məşq edə biləcək.
 
Qeyd edək ki, Mussa Dembele "Atletiko"ya bu ilin əvvəlində Fransanın "Olimpik" (Lion) klubundan transfer edilib. O, daha öncə "Seltik" və "Fulhem"in də uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest