İtaliyanın "Sampdoriya" klubu hücumçusu Manolo Qabbyadini ilə yeni müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni anlaşmanın müddəti 2026-cı ilin yayına qədərdir.
 
Qabbyadini 2019-cu ilin yanvarından "Sampdoriya"nın uğurları üçün çalışır. "Atalanta", "çittadella", "Bolonya", "Napoli" və "Sauthempton"da da oynamış Manolo, 2013-2015-c illər aralığında da Genuya təmsilçisinin formasını geyinib.
 
29 yaşlı futbolçu indiyə qədər "Sampdoriya"da 111 oyun keçirib, 36 qola imza atıb, 10 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest