Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunları keçirilib.

 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin Portuqaliya yığması ilə qarşılaşdığı gündə A qrupunun digər matçı Serbiya və İrlandiya yığmaları arasında baş tutub. Beş qolun qeydə alındığı bu matçda meydan sahibləri çətin qələbəyə seviniblər.
 
G qrupunda yer alan Türkiyə yığması Niderlandla qarşılaşıb və möhtəşəm qələbə qazanıb. Qrupun digər matçında Erlinq Halandın formasını geyindiyi Norveç yığması səfərdə Cəbəllütariqi darmadağın edib. Latviya isə Monteneqro ilə ev oyununda məğlubiyyətə üzülüb.
 
Belçika millisi Uelslə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Fransa yığması Ukraynanı sınağa çəkib. Tərəflər bu oyunda heç-heçəyə razılaşıblar. Xorvatiya yığması da səfərdə Sloveniyaya minimal hesabla uduzub.
 
İlk turun digər oyunları sabah keçiriləcək.
 
Dç-2022-nin seçmə mərhələsi
24 mart
 
A qrupu
 
Portuqaliya – Azərbaycan 1:0
Qol: M.Medvedev, 37-öz qapısına.
 
Serbiya – İrlandiya 3:2
Qol: Vlahoviç, 40. Mitroviç, 69; 75 – Braun, 18. Kollinz, 86.
 
D qrupu
 
Fransa – Ukrayna 1:1
Qol: Qrizmann, 19 – Kimpembe, 57-öz qapısına.
 
Finlandiya – Bosniya və Herseqovina 2:2
Qol: Pukki, 58; 77 – Pyaniç, 55. Stevanoviç, 84.
 
E qrupu
 
Belçika – Uels 3:1
Qol: De Breyne, 22. Hazard, 28. Lukaku, 73-pen – Uilson, 10.
 
Estoniya – çexiya 2:6
Qol: Sappinen, 12. Anyer, 86 – Şik, 18. Barak, 27. Souçek, 32; 43; 48. Yankto, 56.
 
G qrupu
 
Türkiyə – Niderland 4:2
Qol: B.Yılmaz, 15; 34-pen; 81. H.çalhanoğlu, 46 – Klaassen, 75. De Yonq, 76.
 
Cəbəllütariq – Norveç 0:3
Qol: Sorlot, 43. Torstvedt, 45. Svensson, 57.
 
Latviya – Monteneqro 1:2
Qol: İkaunieks, 40 – Yovetiç, 41; 83.
 
H qrupu
 
Malta – Rusiya 1:3
Qol: Mbonq, 56 – Dzyuba, 23. M.Fernandes, 35. Sobolyov, 90.
 
Sloveniya – Xorvatiya 1:0
Qol: Lovriç, 15.
 
Kipr – Slovakiya 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest