"Azərbaycan variantını agentim təklif etdi və mən bu ölkəyə yollandım. Deyərdim ki, pis təcrübə olmadı. Həmin vaxt komanda yaxşı çıxış edirdi. "Neftçi"də oynamağım həm şəxsi, həm də ailə planında müsbət məqam oldu"

"Neftçi"nin sabiq futbolçusu Xose Luis Kabion Azərbaycan karyerası ilə bağlı xatirələrini bölüşüb.
 
Matc.az xəbər verir ki, çilidən olan 37 yaşlı veteran müdafiəçi yerli mətbuata açıqlamasında Bakı klubunda çıxışı barədə bunları söyləyib:
 
"Azərbaycan variantını agentim təklif etdi və mən bu ölkəyə yollandım. Deyərdim ki, pis təcrübə olmadı. Həmin vaxt komanda yaxşı çıxış edirdi. "Neftçi"də oynamağım həm şəxsi, həm də ailə planında müsbət məqam oldu. Premyer Liqanın qalibi olduq, ölkə kubokunu qazandıq.
 
Komanda yoldaşlarımla tərcüməçi vasitəsilə ünsiyyət saxlayırdım. Klub mənə məşqləri başa düşmək üçün tərcüməçi vermişdi. Amma meydanda bir-birimizi işarə ilə başa salırdıq. Bu barədə heç bir problem yox idi. Futbolda dil universaldır".
 
Qeyd edək ki, Xose Luis Kabion 2013-cü ildə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində cəmi bir oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest