İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Tomaş Souçek çexiyada 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.
 
Matc.az xəbər verir ki, bu barədə çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Federasiyanın təşkil etdiyi sorğuda ikinci yeri Souçekin "Vest Hem"dəki komanda yoldaşı Vladimir çoufal tutub. Almaniyanın "Herta" klubunda çıxış edən Vladimir Darida isə üçüncü olub.
 
ötən ilin ən yaxşı məşqçisi də müəyyənləşib. Praqa "Slaviya"sını çalışdıran Yaroslav Trpişovski ilin ən yaxşı baş məşqçisi seçilib. çexiya yığmasının baş məşqçisi Yaroslav Şilqava ikinci, "Yablonets"ə rəhbərlik edən Petr Rada isə üçüncü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest