İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Qrosso "Frozinone" klubuna baş məşqçi təyin olunub.
 
Matc.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
43 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədərdir. O, bir neçə gün öncə istefaya göndərilmiş Alessandro Nestanı əvəz edib.
 
Xatırladaq ki, Qrosso məşqçilik karyerası ərzində "Yuventus" (əvəzedicilər), "Bari", "Verona", "Breşiya" və "Sion" klublarını da çalışdırıb.
 
"Frozinone" B Seriyasında bu mövsüm keçirdiyi 30 oyunda 38 xal toplayıb və 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest