Futbol üzrə Beliz milli komandasının üzvləri silahlı şəxslərin hücumuna məruz qalıb.

Futbol üzrə Beliz milli komandasının üzvləri silahlı şəxslərin hücumuna məruz qalıb.
 
Matc.az xəbər verir ki, hadisə sözügedən komandanın Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Haiti yığması ilə səfər oyununa gedərkən baş verib.
 
Belə ki, komanda üzvləri Haitidə aeroportdan məskunlaşacaqları otelə gedərkən odlu silahla silahlanmış bir neçə şəxs onların avtobusunun qarşısını kəsib. Yalnız yerli polisin vaxtında müdaxiləsindən sonra Beliz yığmasının üzvlərinə heç nə olmayıb və onlar qalacaqları otelə gedə biliblər.
 
Qeyd edək ki, Haiti - Beliz oyunu aprelin 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest