Futbol üzrə Polşa milli komandasının və İngiltərənin "Lids" klubunun yarımmüdafiəçisi Mateuş Klixdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
Koronavirus testi müsbət çıxan futbolçu Polşa yığmasının Dç-2022-nin seçmə mərhələsinin Macarıstanla səfər oyununu buraxacaq.
 
Qeyd edək ki, Macarıstan - Polşa matçı sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest