FİFA-nın sabiq prezidenti Yozef Blatter cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, keçmiş funksioner FİFA-nın etik qaydalarını pozmaqda təqsirli bilinib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Blatterin futbolla bağlı fəaliyyətinə 6 il 8 aylıq qadağa qoyulub. Onunla yanaşı, FİFA-nın keçmiş baş katibi Jerom Uolke də eyni cəzaya məruz qalıb. Blatter və Uolke 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.
 
2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest