İtaliyanın "Livorno" klubu müflis ola bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "Football İtalia" nəşri məlumat yayıb. Xəbərdə, C Seriyası təmsilçisinin ciddi maliyyə problemləri yaşadığı bildirilib.
 
"Livorno"nun futbolçularına olan borclara görə B Seriyasında 3 xalı silinib. Ciddi maliyyə problemləri yaşayan klub müflis olmaq təhlükəsi ilə qarşı-qarşıyadır.
 
"Livorno" İtaliya çempionatları tarixində iki dəfə (1920, 1947) ölkə çempionatının gümüş medalçısı olub. Komanda hazırda C Seriyasında 20-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest