Futbol üzrə Peru milli komandasının sabiq hücumçusu Cefferson Farfan özünə yeni iş yeri tapıb.
 
Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu bundan sonrakı karyerasını ölkəsində davam etdirəcək.
 
O, "Alyans Lima" klubuna keçib. Bu barədə Peru təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Farfanla müqavilə 2022-ci ilin sonuna qədər nəzərdə tutulub.
 
Farfan "Alyans Lima" klubunun yetirməsidir. Yarımmüdafiəçi 1998-2004-cü illər aralığında məhz bu komandada çıxış edib.
 
Karyerası ərzində PSV (Niderland) və "Şalke" (Almaniya) kimi klublarda çıxış edən yarımmüdafiəçinin son ünvanı Rusiya "Lokomotiv"i olub. O, Peru millisində 94 oyuna çıxıb, 27 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest