Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ilk turun növbəti matçları keçirilib.

Matc.az xəbər verir ki, ikinci oyun günündə 13 qarşılaşma baş tutub.

B qrupunda İspaniya millisi Yunanıstanı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. İsveç yığması isə Gürcüstanı qəbul edib və minimal hesabla qalib gəlib.

İtaliya da seçmə mərhələyə doğma meydanda start verib. C qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiya ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib. Qrupun digər oyununda İsveçrə səfərdə Bolqarıstandan güclü olduğunu isbatlayıb.

I qrupunda İngiltərə millisi San-Marino ilə münasibətlərinə aydınlıq gətirib. İngilislər 5 cavavsız qola seviniblər. Altı qolun qeydə alındığı Macarıstan – Polşa matçında qalib müəyyənləşməyibsə, Albaniya yığması səfərdə Andorranı minimal hesabla üstələyib.

J qrupunda mübarizə aparan Almaniya yığması da İslandiyanı böyük hesabla məğlub edib.

Dç-2022-nin seçmə mərhələsi
25 mart

B qrupu

İspaniya – Yunanıstan 1:1
Qol: Morata, 33 – Bakasetas, 57-pen.

İsveç – Gürcüstan 1:0
Qol: Klaesson, 35.

C qrupu

Bolqarıstan – İsveçrə 1:3
Qol: Despodov, 46 – Embolo, 7. Seferoviç, 10. Zuber, 12.

İtaliya – Şimali İrlandiya 2:0
Qol: Berardi, 14. İmmobile, 39.

F qrupu

İsrail – Danimarka 0:2
Qol: Breytveyt, 13. Vind, 67.

Şotlandiya – Avstriya 2:2
Qol: Heynli, 71. Makqinn, 85 – Kaladziç, 55; 80.

Moldova – Farer adaları 1:1
Qol: Nikolaesku, 9 – Olsen, 83.

I qrupu

İngiltərə – San-Marino 5:0
Qol: Uord-Prouz, 14. Kalvert-Levin, 21; 53. Sterlinq, 31. Uotkins, 83.

Macarıstan – Polşa 3:3
Qol: R.Sallai, 6. A.Salai, 53. Orban, 78 – Pyontek, 60. Jozyak, 61. Levandovski, 83.

Andorra – Albaniya 0:1
Qol: Lenyani, 41.

J qrupu

Almaniya – İslandiya 3:0
Qol: Qoretska, 3. Haverts, 7. İ.Gündoğan, 56.

Rumıniya – Şimali Makedoniya 3:2
Qol: Tanaşe, 28. Mihaila, 50. Haci, 86 – Ademi, 82. Traykovski, 83.

Lixtenşteyn – Ermənistan 0:1
Qol: Frommel, 83-öz qapısına.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest