ABŞ-ın "Finiks Rayzinq" klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

ABŞ-ın "Finiks Rayzinq" klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi sözügedən komanda ABŞ-ın digər təmsilçisi "Yunion Omaha" ilə üz-üzə gəlib.
 
üç qolun qeydə alındığı oyun "Finiks Rayzinq"in məğlubiyyəti ilə başa çatıb – 1:3.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, ikinci hissənin ortalarında əvəzlənib.
 
Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 33-cü dəqiqədə fərqlənməklə oyunda hesabı açıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest