Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, İtaliyanın "Yuventus" klubunda çıxış edən 36 yaşlı futbolçu millimizə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra sosial şəbəkə hesabında bunları qeyd edib:
 
"Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Təbriklər, komanda".
 
Qeyd edək ki, Ronaldo bu oyunda 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest