Futbol üzrə Almaniya milli komandasının və Mönhenqladbax "Borussiya"sının (Münhenqladbax) yarımmüdafiəçisi Yonas Hofmannda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə milli üzvlərindən birinin koronavirus testinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Həmin oyunçunun adı açıqlanmasa da, dərhal karantinə alındığı bildirilib. Almaniya mətbuatı isə həmin oyunçunun məhz Hofmann olduğunu yazıb. Xəbərdə o da bildirilir ki, bu səbəbdən millinin bu gün səhərə nəzərdə tutulan məşqi ləğv olunub.
 
Almaniya yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün İslandiyanı qəbul edəcək. Oyuna saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest