Forvard Abu-Dabidəki iki həftəlik istirahətini tamamlayaraq, Münsterə qayıdıb. "Dadaşov "Proyssen"i uçurmaq istəyir" başlıqlı məqalədə bombardirin ikinci dövrəyə daha hazırlıqlı olduğu və komandasını ilk "üçlüy"ə daşımaq istədiyi vurğulanıb.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini tam sağaldıb. Matç.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nəşri yayıb.

Bildirilir ki, III Bundesliqa təmsilçisi "Proyssen"in şərəfini qoruyan forvard Abu-Dabidəki iki həftəlik istirahətini tamamlayaraq, Münsterə qayıdıb. "Dadaşov "Proyssen"i uçurmaq istəyir" başlıqlı məqalədə bombardirin ikinci dövrəyə daha hazırlıqlı olduğu və komandasını ilk "üçlüy"ə daşımaq istədiyi vurğulanıb.

7 qolla komandasının ən məhsuldar oyunçusu olan 27 yaşlı hücumçu dövrələrarası fasilənin ona kömək etdiyini söyləyib: "Fasilə gücümü bərpa etmək baxımından çox faydalı oldu. İkinci dövrəyə tam hazıram. Zədədən sonra bərpa dönəmi önəmli idi. İndi tanklar yenidən doludu".

Rüfət Dadaşov yanvarın 6-dan etibarən komandası ilə birlikdə məşqlərə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest