Belə ki, 35 yaşlı yarımmüdafiəçi yığmada 134-cü matçına çıxıb. O, Xorvatiya millisinin tarixində sabiq müdafiəçi Dario Srna ilə birlikdə ən çox oyun keçirən futbolçuya çevrilib.

Futbol üzrə Xorvatiya milli komandası Dç-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Sloveniyaya məğlub olub.
 
Matc.az xəbər verir ki, komandasının 0:1 hesablı məğlubiyyətə üzüldüyü qarşılaşma xorvatların lideri Luka Modriç üçün rekordla əlamətdar olub.
 
Belə ki, 35 yaşlı yarımmüdafiəçi yığmada 134-cü matçına çıxıb. O, Xorvatiya millisinin tarixində sabiq müdafiəçi Dario Srna ilə birlikdə ən çox oyun keçirən futbolçuya çevrilib.
 
Modriç Xorvatiya yığmasında 2006-cı ildə Argentina ilə oyunda debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest