Türkiyənin "Fənərbaxça" klubunda koronavirusa yoluxanların sayı artır.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisində daha iki nəfərin COVİD-19 testi pozitiv nəticə verib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə koronavirisa yoluxanların kimliyi açıqlanmasa da, onlardan birinin idarə heyətinin üzvü, digərinin isə texniki heyətdən olduğu diqqətə çatdırılıb. Hər iki şəxs karantinə alınıb, müalicəsinə start verilib.
 
Qeyd edək ki, əvvəlki günlərdə "Fənərbaxça" 5 futbolçusunda koronavirus aşkarlandığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest