Qətər - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları müəyyənləşib.

Qətər - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu gün əvvəlcə Qətər milli komandasının baş məşqçisi jurnalistlər önünə çıxacaq. Mətbuat konfransına saat 16:00-da start veriləcək. 16:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə start veriləcək.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransına saat 17:00-da start veriləcək. Bundan yarım saat sonra da mətbuat üçün açıq məşq başlayacaq. Bu məşqin də yalnız ilk 15 dəqiqəsi açıq olacaq.
 
Qeyd edək ki, tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.
 
Qətər – Azərbaycan matçı sabah - martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək. "Nadyerdei" stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest