22 yaşlı oyunçu baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, qalmağı üstün tutub.

Azərbaycanlı futbolçu Ayaz Quliyev qərarını dəyişib. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ına keçməkdən imtina edib.

Halbuki tərəflər arasında hərtərəfli razılıq əldə olunmuş, "Spartak"ın 1 milyon avroluq təklifini "Rostov" qəbul etmişdi. Lakin Quliyev son anda komandasında qalmaq qərarına gəlib. 22 yaşlı oyunçu baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, qalmağı üstün tutub.

Qeyd edək ki, Ayaz Quliyev "Rostov"a cari mövsümün əvvəlində məhz "Spartak"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest