"Azərbaycanla oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq".

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Joau Feliks Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Madrid "Atletiko"sunun formasını geyinən futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
 
"Azərbaycanla oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq".
 
22 yaşlı futbolçu Serbiyaya qarşı keçirəcəkləri növbəti oyundan da söz açıb:
 
"Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik. Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest