Futbol üzrə İspaniya milli komandasının sabiq hücumçusu Dieqo Kosta karyerasını Portuqaliyada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu "Benfika" klubu ilə razılıq əldə edib.
 
Bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərdə, Koştanın "Benfika" ilə ilkin razılığa gəldiyi və yayda azad agent kimi Portuqaliya klubuna keçəcəyi bildirilib.
 
Dieqo Kostanın son klubu İspaniya "Atletiko"su olub. Braziliya əsilli ispaniyalı hücumçu 2020-ci ilin dekabrından klubsuzdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest