Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Zirə" ilə "Qəbələ" bu gün yoxlama oyununda qarşılaşıb.
 
Matc.az xəbər verir ki, tərəflər Bakıdakı "Azersun Arena"da üz-üzə gəliblər.
 
Matçın ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. Lakin fasiləyədək hesab açılmayıb. İlk yarıdan sonra hər iki komandanın heyətində dəyişikliklər olub. Fasilədən az sonra "qırmızı-qaralar" hücumların birində penalti imkanı qazanıb. Lakin Ceyms Adeniyi bu imkandan yararlana bilməyib. Hissənin gedişində nigeriyalı hücumçunu Mehrac Baxşalı əvəzləyib. Qarşılaşmada hesabı da akademiyanın yetirməsi açıb. Paytaxt təmsilçisi oyunun sonlarına yaxın hesabda tarazlıq yaratmağa müvəffəq olub. Amma "Qəbələ" qələbə qolunu vurmağı bacarıb. Mehrac Baxşalını əvəzləyən Emil Səfərov matçda son nöqtəni qoyub - 2:1.
 
Xatırladaq ki, "Qəbələ" növbəti yoxlama oyununu martın 29-da Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına qarşı keçirəcək.
 
Yoxlama oyunu
26 mart
 
Zirə - Qəbələ 1:2
Qol: Tamerlan Burcəliyev, 87 - Mehrac Baxşalı, 70. Emil Səfərov, 90+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest