çexiyanın "Viktoriya" (Jijkov) klubu yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi sözügedən klub Praqa "Sparta"sı ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb. Komandasının yeganə qolunu da ilk hissədə Nəbiyev vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest