Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi sabah Qətərlə keçiriləcək yoldaşlıq oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı bildirib ki, rəqib güclü komandadır: "Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur. Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm. Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək".

Onun fikrincə, qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil: "Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirdim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest