İtaliyanın "Latsio" klubunun prezidenti Klaudio Lotito 7 ay müddətinə diskvalifikasiya olunub.
 
Matc.az xəbər verir ki, buna paytaxt klubunun koronavirus protokolunu pozması səbəb olub.
 
Bununla əlaqədar komandanın həkimləri Fabio Rodia və İvo Pulçini də 1 il müddətinə cəzalandırılıb. Klub isə 150 000 avro cərimə olunub.
 
Qeyd edək ki, bir neçə ay öncə "Latsio"nun koronavirusa yoluxmuş futbolçularını təcrid etməməsi, onları məşqlərə buraxmasına dair iddialar ortaya atılmışdı. Bu üzdən də sözügedən klubla bağlı araşdırma aparılırdı. Araşdırmalar nəticəsində klubun günahı sübuta yetirlib. Klub prezidentinin və tibbi briqadanın qayda pozuntularına yol vermələri təsdiqini tapıb. Klub rəhbərliyi koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb.
 
"Latsio" qərardan şikayət edəcəyini açıqlayıb. Halbuki, paytaxt klubunun sözügedən məsələ ilə bağlı daha sərt cəzalar alacağı, hətta xallarının silinəcəyi ehtimal olunurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest