İngiltərənin "Haddersfild" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, çempionşip təmsilçisi seneqallı hücumçu Umar Nyasseni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
 
Nyasse 2016-cı ildən İngiltərədə çıxış edir. Daha öncə Türkiyədə "Akhisar Bələdiyəspor", Rusiyada "Lokomotiv" (Moskva) klublarının uğurları üçün çalışmış hücumçu, İngiltərədə də "Everton", "Hall Siti" və "Kardiff Siti"nin formasını geyinib. O, Seneqal yığmasında 9 oyun keçirib, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest