Bu gün keçirilən 10 oyunla 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsində II tura start verilib. Matc.az xəbər verir ki, qarşılaşmalar A, E, G və H qruplarına təsadüf edib. 

Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşünə çıxdığı A qrupunda şərikli liderlər Serbiya ilə Portuqaliya üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. İrlandiya - Lüksemburq oyununda isə tərəflər ilk xalı qazanmağa çalışıblar. Lüksemburq yığması bu oyundan minimal hesabla qalib ayrılıb.

İlk turdan sonra analoji durumun yarandığı E qrupunda çexiya və Belçika növbəti, Belarusla Estoniya ilk xal üçün qarşılaşıb. çexiyadakı oyunda heç-heçə qeydə alınıbsa, Belarusda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Seçmə mərhələyə Niderland üzərində inamlı ev qələbəsi ilə başlamış Türkiyə Cəbəllütariqi darmadağın etmiş Norveçlə görüşüb. Oyun İspaniyanın Malaqa şəhərində baş tutub. Buna səbəb Norveçdə koronavirusla əlaqədar səfər məhdudiyyətləridir. Türkiyə millisi bu oyunda darmadağına sevinib. G qrupunda Monteneqro - Cəbəllütariq və Niderland - Latviya matçları da keçirilib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.

H qrupunda açılış oyunu ilk turu qələbə ilə başa vurmuş Rusiya və Sloveniya yığmaları arasında təşkil edilib. Ruslar bu oyundan çətin qələbə ilə ayrılıblar. Eyni zamanda Xorvatiya Kipri, Slovakiya isə Maltanı sınağa çəkib. Xorvatlar minimal hesabla qalib gəliblərsə, Slovakiyada heç-heçə qeydə alınıb.

Dç-2022
Seçmə mərhələ
II tur, 27 mart

A qrupu
Serbiya - Portuqaliya - 2:2
Qollar: Mitroviç, 46. Kostiç, 60 – Jota, 11; 36.
İrlandiya - Lüksemburq - 0:1
Qol: J.Rodriqes, 85.
Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3, İrlandiya - 0, Azərbaycan - 0

E qrupu
Belarus - Estoniya  - 4:2
Qollar: Lisakoviç, 45; 84; Kendiş, 64; Savitski, 81  - Anter, 31; 55
çexiya - Belçika - 1:1
Qollar: Provod, 50 – Lukaku, 60.
çexiya - 4, Belçika - 4, Belarus - 3, Uels - 0, Estoniya - 0

G qrupu
Monteneqro - Cəbəllütariq - 4:1
Qollar: Begiray, 26; Simiş, 43; Tomaşeviç, 53; Yovetiç, 80 - Stuçe, 30

Norveç - Türkiyə - 0:3
Qollar: Ozan Tufan, 4; 59; Söyünçü, 28

Niderland – Latviya - 2:0
Qollar: Berghuis, 32; de Yonq, 69
Türkiyə - 6, Monteneqro - 6, Niderland - 3, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0

H qrupu
Rusiya - Sloveniya - 2:1
Qollar: Dzyuba, 26; 35 - İliçiç, 36

Xorvatiya - Kipr - 1:0
Qol: Pasaliç, 40
Slovakiya - Malta - 2:2
Qollar: Ştreleç, 49. Şkrinyar, 53 – Qambin, 16. Satariano, 20.
Rusiya - 6, Sloveniya - 3, Xorvatiya 3, Slovakiya - 2, Kipr - 1, Malta - 1.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest