Futbol üzrə İtaliya yığmasının sabiq hücumçusu Eder özünə yeni iş yeri tapıb.
 
Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra karyerasını Braziliyada davam etdirəcək.
 
O, bu ölkənin "San-Paulo" klubu ilə anlaşıb. Tərəflər arasındakı müqavilə 2022-ci ilin 31 dekabrına qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, əslən braziliyalı olan Eder peşəkar futbolçu karyerasına ölkəsinin "Krisiuma" klubunda başlayıb. 2006-cı ildən isə onun İtaliya karyerası başlayıb. Bu ölkədə "Empoli", "Frozinone", "Breşiya", "çezena", "Sampdoriya" kimi klublarda çıxış edən hücumçu 2016-cı ildən Milan "İnter"ində oynamağa başlayıb. 2018-ci ildən isə o, çin təmsilçisi "Tsyansu Sunin"in uğurları üçün çalışırdı.
 
Eder "Sampdoriya"da oynadığı dönəmdə, 2015-ci ildə İtaliya vətəndaşlığı da alıb və bu ölkənin yığmasında oynamaq şansı qazanıb. Forvard İtaliya millisində 26 oyuna çıxıb, 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest