Futbol üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi İvaylo Petevdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Petevin səhhəti normal olduğu bildirilir. Onda virusun heç bir simptomu yoxdur. Buna baxmayaraq, bolqar məşqşi karantinə alınıb.
 
Bosniya və Herseqovina milli komandası bu gün yoxlama oyununda Kosta Rika ilə qarşılaşacaq. Yığma Dç-2022-nin seçmə mərhələsi çərçivəsində martın 31-də Fransanı qəbul etməlidir. Lakin İvaylo Petev bu oyunlarda komandasının yanında ola bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest