"Səbail" yarımmüdafiəçisi Vüqar Bəybalayevlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə futbolçu ilə klub arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunduğu diqqətə çatdırılıb. Futbolçuya azad agent statusu verilib.
 
"Səbail" Vüqar Bəybalayeva klubdakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Vüqar 2018-ci ildən "Səbail"in uğurları üçün çalışırdı. O, "dənizçilər"in heyətində keçirdiyi 3 mövsümdə 37 oyuna çıxıb, cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest