Danimarkada 2020-ci ilin ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, İngiltərənin "Tottenhem" klubunda çıxış edən yarımmüdafiəçi Pyer-Emil Hoybyerq ötən ilin ən yaxşı futbolçusu seçilib.
 
Bu barədə Danimarka Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Hazırda milli komandanın düşərgəsində olan 25 yaşlı futbolçuya mükafatı məhz indi təqdim olunub.
 
Hoybyerq 2020-ci ilin avqustundan "Tottenhem"də çıxış edir. Danimarka yığmasında 39 oyun keçirib, 3 qola imza atan futbolçu "Bavariya"nın yetirməsidir. O, "Auqsburq", "Şalke" və "Sauthempton"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest