Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
 
U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurub.
 
Xatırladaq ki, U-21 əvvəlki yoxlama oyunlarında "Qarabağ"a 4:2 hesabıyla qalib gəlsə də, "Neftçi"yə 1:3 hesabıyla uduzmuşdu.
 
Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi "Qəbələ"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest