İspaniyanın "Real" klubunun zədəli futbolçusu Dani Karvaxal sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığı diqqətə çatdırılıb. Karvaxalın apreldən etibarən yenidən forma geyinməsi gözlənilir.
 
Qeyd edək ki, Dani Karvaxal fevraldan etibarən zədəsini sağaltmaqla məşğul idi. Təcrübəli futbolçu bu mövsüm La Liqada cəmi 11 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest