"Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır"

"Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol sərgilədi". Matc.az xəbər verir ki, bunu Qətər yığmasının baş məşqçisi Feliks Sançes deyib.

Macarıstanın Debretsen şəhərində Azərbaycan yığması ilə yoldaşlıq görüşündə 2:1 hesablı qələbə qazanan asiyalıların çalışdırıcısı bildirib ki, xarakter göstərə bilən oyunçulara malik olduğu üçün sevinir: "3 gündən bir oyunlarda bu çox önəmlidir. Oyun 90 dəqiqədir. Bütün oyun boyu dominantlıq eləmək olmaz. Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və  ikinci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. çox çətin oyunda geri dönüş etməyi bacardıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest