B liqasında 3 komandalı qrupda yer alan yığmamız bu ilin sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya ilə qarşılaşacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, B liqasında 3 komandalı qrupda yer alan yığmamız bu ilin sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya ilə qarşılaşacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Xatırladaq ki, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest