Xorvatiya millisinin futbolçusu Luka Modriç yeni rekorda imza atıb.
 
Matc.az Xorvatiya Futbol Federasiyasının "Tvitter" səhifəsinə istinadən  xəbər verir ki, o, buna Dç-2022-nin seçmə mərhələsində qarşılaşdıqları Kiprlə matçda nail olub.
 
Sözügedən görüşdə start heyətdə meydana çıxan 35 yaşlı yarımmüdafiəçi millidəki oyunun sayını 135-ə çatdırıb. Bununla da o, Dario Srnanın (134 oyun) rekordunu yeniləyib.
 
Xatırladaq ki, Modriç 2006-cı ildə yığmada debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest