"Fiorentina"nın 24 yaşlı stopperi ötən gecə baş tutan Portuqaliya ilə Belqraddakı matçın uzatma dəqiqələrində rəqibə qarşı aşkar kobudluğa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Futbol üzrə Serbiya millisi Dç-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirəcəyi Bakıya ciddi itki ilə gəlir.
 
Matc.az xəbər verir ki, millimizin rəqibinin aparıcı mərkəz müdafiəçisi Nikola Milenkoviç cəzalı duruma düşüb.
 
"Fiorentina"nın 24 yaşlı stopperi ötən gecə baş tutan Portuqaliya ilə Belqraddakı matçın uzatma dəqiqələrində rəqibə qarşı aşkar kobudluğa görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Nəticədə Nikola ən azı 2 oyunluq diskvalifikasiya olunacağından, Azərbaycan millisi ilə oyunda iştirak edə bilməyəcək.
 
Qeyd edək ki, Serbiya - Portuqlaiya matçı 2:2 hesabıyla nəticələnib. Serbiya yığması martın 30-da Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest